Qərb dünyası islamdan niyə qorxur?

Qərb dünyası islamdan niyə qorxur?

"Soyuq müharibə"dən sonra ortaya çıxan təkqütblü dünya sisteminin ən əhəmiyyətli hissəsi islamla bağlıdır. Qlobal iqtisadi böhran, iqlim dəyişikliyi, nüvə problemi kimi mövzular müəyyən fasilərlə gündəmə gəldiyi halda, islam son 20 ildə istər Qərb dünyasında, istərsə də islam dünyasında gündəmin birinci sıralarındadır. İslam məsələsi müsəlman olmayan Qərbdə həm daxili siyasətdə, həm də xarici siyasətdə ən çox müzakirə edilən mövzudur. SİA-nın Türkiyənin "Time türk" xəbər portalına istinadən verdiyi məlumata görə, Şimali Amerikadan Latın Amerikasına, Avropadan Uzaq Şərqə, Rusiyadan Afrikaya qədər dünyanın hər tərəfində müzakirə olunan islam Qərbin iqtisadi, siyasi və intellektual üstünlüyünə baxmayaraq, Qərb mədəniyyətinə qarşı ən böyük təhlükə olaraq görülür.

11 Sentyabr 2001-ci ildə Nyu-Yorkda ticarət mərkəzinə edilən hücumdan sonra dunyanın gündəminə daha tez-tez gətirilən islam bir çox ölkələrdə təzyiqlərə və qadağalara məruz qalıb. ABŞ mətbuatı və televiziyalarında da müsəlmanlara istiqamətlənən hədə və təhqir dolu açıqlamalar verildi, bir çox amerikalı yazar isə islamın ölkədə qadağan edilməsi təklifi ilə çıxış etdilər. ABŞ-da baş verən ən son hadisə isə bu ölkədə islama olan nifrəti bir daha ortaya çıxardı. Bəzi rahiblər müsəlmanların müqəddəs kitabı olan Qurani Kərim yandıraraq islama və müsəlmanlara qarşı hücuma keçdilər. 11 Sentyabr hücumlarından sonra istər ABŞ ictimaiyyəti, istərsə də ölkə rəhbərliyi rəsmi olaraq açıqlamasa da islamı özləri üçün ən böyük təhlükə olaraq görür.

ABŞ-ın "Terrora qarşı müharibə" şüarı ilə qanuniləşdirdiyi Əfqanıstan və İraq işğalının arxasında da həmişə "islam təhlükəsi" olub. ABŞ-ın Fələstin problemində İsrail tərəfdarı olan bir siyasət aparması da bununla bağlıdır. Vaşinqton İsraili bölgədəki islami qruplara qarşı Vaşinqtonun maraqlarının müdafiəçisi kimi görür.

ABŞ ictimaiyyətindədə son 10 ildir fasiləsiz bir şəkildə müzakirə edilən İslam, bu ölkənin xarici siyasətində də açar rolunu oynayır. ABŞ ordusunda minlərlə radikal xristian bu işğalları "müqəddəs müharibə" hesab edərək müsəlmanların zərərsizləşdirilməsi üçün könüllü vuruşur. Əfqanıstan və İraqda minlərlə dinc vətəndaşın bu könüllülər tərəfindən "xristianlıq adına" öldürdüyü daha sonralar ortaya çıxan sənədlərlə də sübut olunub.

Latın Amerikasında artan müsəlman sayı da ABŞ tərəfindən təhlükə hesab edilir. Venesuela, Kolumbiya, Meksikada artan müsəlman əhalisinin təşkilatlanmasından narahatlıq keçirən Vaşinqton müsəlmanları nəzarət altında saxlanması üçün bu bu ölkələrə birbaşa, ya da dolayı yolla təzyiq edir. ABŞ-ın gündəmindən heç vaxt düşməyən islam Atlantik okeanının bu üzündə, Avropada da hər vaxt gündəmdədir. Fransa, Almaniya, İngiltərə və digər Avropa ölkələrində bəzən terror hadisələri, bəzən də simvollarla müzakirə edilən islam Vatikan və Avropa ölkələri tərəfindən qitə mədəniyyətinə ən böyük təhlükə hesab edilir.

Sahib olduqları sistemin ən yaxşısı olduğu iddiasında olan Avropa müsəlmanların artmasını qadağalarla əngəlləməyə çalışır. Fransa və Belçikada qadınların üzlərini bağlayan baş örtüklərinin istifadəsi qadağan edildi. Fransa, İngiltərə və İtaliyada müsəlman qəbiristanlıqları hücuma məruz qaldı və müsəlmanların Avropa mədəniyyətiylə uyğunlaşmayacağına dair açıqlamalar Avropa mediası və siyasətçiləri tərəfindən tez-tez dilə gətirildi.

Son olaraq Almaniyanın baş naziri Angela Merkel müsəlmanları nəzərdə tutaraq fərqli mədəniyyətlərin bir yerdə mümkün olmayacağını ifadə edib. 11 Sentyabr 2001-ci il Nyu-York, 11 Mart 2004-cü il Madrid və 7 İyul 2005-ci il London hücumlarından sonra Avropada müsəlman əleyhdarı olan irqçi qrupların sayında artım oldu. Avropadakı faşist partiyalar bir araya gələrək islamın Avropadan atılması üçün ortaq əməkdaşlıq qərarına gəldilər.

Rusiyada da məscidə qarşı şüurlu bir kampaniya aparılır. Rusiyalı jurnalist Moskvada aparılan məscid müzakirələrinin arxasında "müharibə planları"nın olduğunu iddia edir. Jurnalist Maksim Şevçenko "Exo-Moskva" radio kanalında son dövrlər ölkədə aparılan məscid müzakirələrini qiymətləndirib. İslam düşmənçiliyi və məscid əleyhdarlığının şüurlu bir şəkildə Rusiya cəmiyyətinin gündəminə gətirildiyini deyən Şevçenko bunu edənlərin əsl məqsədinin Rusiyanın bütövlüyünü pozmaq və federal sistemi yıxmaq olduğunu bildirib. O, Rusiyada müsəlmanların hamısının "immiqrant, düşmən, terrorçu" kimi qələmə verilməsininin arxasında bir müharibə hazırlığı olduğunu dilə gətirib. "Qəzzada müsəlmanların kütləvi qırğını təşkil ediləcək və Livana qarşı mərhəmətsiz bir müharibə başlayacaq. İsrail mətbuatını diqqətlə izləyirəm". Şevçenko İsrail köşə yazarlarının Beyrutun bombalanmasını tələb etdiyini söyləyib. O, Rusiyada islam əleyhdarlığı milliyyətçi ortodoksların əli ilə həyata keçirildiyini vurğulayıb.

Hər cür dəyərdən məhrum olan İsrailin işğalçı əsgərləri dəfələrlə Quranı parçalamış, çirkləmiş və yandırmışdılar. Bu cür hadisələrin bundan sonra da olacağını ehtimal etmək olar. Eyni hörmətsizliklər dəfələrlə məscid və müsəlman qəbiristanlıqlarına qarşı da edilib.

Türkiyədə də islami qaydalara tamamilə azad şəkildə əməl edildiyini demək olmaz. Türkiyədə 1997-ci ildə Rifah Partiyası "islami qaydalar gətirmək istədiyi" üçün hakimiyyətdən getməli oldu. Bu tarixdən sonra müsəlmanlara qarşı olan təzyiqlər hələ davam edir. Türkiyədə hicablı şagirdlər çox vaxt məktəblərə buraxılmır, hicablılar bir çox yerlərdə işə götürülmür. Bu günlərdə yenə hicab problemini müzakirə edən Türkiyədə islam gündəmdən düşməyən əhəmiyyətli müzakirə mövzularından biri olaraq qalır.

Bütün xəbərlər Facebook səhifəmizdə