İtaliya DİN: "Ölkəyə gələn miqrantların sayı 50 faiz azalıb"

İtaliya DİN: "Ölkəyə gələn miqrantların sayı 50 faiz azalıb"

Bu il İtaliyaya gələn miqrantların sayı 50 faiz azalaraq 4731 nəfər olub. Ötən ilin müvafiq dövründə isə ölkəyə 9488 miqrant gəlmişdi. ANSA agentliyinin İtaliya DİN-ə istinadla yaydığı məlumata görə, ən çox azalma Liviya mühacirlərinin sayında müşahidə edilib. Belə ki, 2017-ci ildə ölkəyə 9007 liviyalı miqrant gəldiyi halda, 2018-ci ildə bu rəqəm 3534 nəfərə enib.

Ölkəyə gələn miqrantların sayına görə eritreyalılar 1312 nəfərlə ilk sırada yer alıblar. Onları tunislilər (763 nəfərlə), pakistanlılar (279 nəfərlə) və nigeriyalılar (252 nəfərlə) müşayiət edirlər. Miqrantlardan 621 nəfəri yetkinlik yaşına çatmamış və valideynsiz gələn uşaqlardır. Köçürülmə barədə razılaşmaya əsasən, İtaliyadan Avropanın digər ölkələrinə keçməklə sığınacaq istəyənlərin sayı 11934 nəfər təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə