İran nüvə proqramında yeni mərhələyə qədəm qoyub

İran nüvə proqramında yeni mərhələyə qədəm qoyub

İranın Buşəhr Atom Elektrik Stansiyasında nüvə reaktorunun gövdəsinə nüvə yanacağının yüklənməsinə başlanıb. SİA-nın məlumatına görə, beləliklə, İran nüvə proqramında yeni mərhələyə qədəm qoyub.

İran reaktora avqust ayında yanacaq yükləməyə başlamışdı. Bir kompyuter virusunun stansiyanın fəaliyyətini ləngitməsi nəticəsində eletrik enerjisi istehsalı bir neçə ay ləngimişdi.

İran rəsmiləri stansiyanın gələn il enerji istehsalına başlayacağını bildirilər. Bir meqavatt gücündəki stansiya İranın enerji ehtiyacının 2,5 faizini ödəyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə