Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Axar.az xəbər verir ki, telefon danışığı zamanı Ərdoğan rusiyalı həmkarına təyyarə qəzasına görə başsağlığı verib. O, faciə zamanı yaxınlarını itirənlərin ailələrinə və rus xalqına səbir diləyib.
Qeyd edək ki, dünən Rusiyanın Аn-148 sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 65 sərnişin və 6 ekipaj üzvü olub. Qəzadan sağ qurtaran yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB