Moldovada dərman fırıldağına görə vəzifəli şəxslər və həkimlər həbs edilib

Moldovada dərman fırıldağına görə vəzifəli şəxslər və həkimlər həbs edilib

Moldovanın paytaxtı Kişineuda dərman fırıldağında ittiham edilən 9 nəfər həbs edilib. AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, şəhər məhkəməsinin qərarı ilə 3 nəfər istintaq təcridxanasına göndərilib, 6 nəfər barəsində isə ev dustaqlığı hökmü çıxarılıb.

Həbs olunanlar arasında Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri, həkimlər və əczaçılıq şirkətinin nümayəndələri də var. İstintaq zamanı onlar barəsində ittiham təsdiqlənərsə, barələrində 6 ildən 10 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzası veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə