"İran ABŞ-ın hərbi bazalarını vura biləcək gücdədir"

"İran ABŞ-ın hərbi bazalarını vura biləcək gücdədir"

"İsrail yalançıdır, onların verdiyi heç bir açıqlamaya inanmırıq." Axar.az xəbər verir ki, bu sözləri İsrail hərbçilərinin İrana məxsus pilotsuz uçuş aparatını və Suriyanın İsrailə məxsus F-16 raketlərini vurması ilə bağlı açıqlama verən SEPAH-ın II komandanı, general Hüseyn Səlami deyib. O bildirib ki, İran ABŞ-ın bölgədəki hərbi bazalarını vura biləcək gücdədir.

Qeyd edək ki, dünən İsrail ordusu Suriyanın hava hücumundan müdafiə sistemlərini və İrana məxsus 4 hədəfi məhv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə