İndoneziyada ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə France-Presse agentliyinin yerli polisə istinadla yaydığı məlumata görə, Yava adasında avtobusun motosikletlə toqquşması nəticəsində azı 27 nəfər həlak olub.
İçərisində 40-dək sərnişin olan avtobus bir neçə dəfə aşıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri və təfərrüatları barədə hələlik məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB