Baş nazirin korteji qəzaya uğrayıb

Baş nazirin korteji qəzaya uğrayıb

Kanadanın baş naziri Castin Trüdonun maşın korteji qəzaya uğrayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə ABŞ-ın Kaliforniya ştatında baş verib.

Qəza nəticəsində baş nazir xəsarət almayıb.

Məlumata görə, Simi-Velli şəhərində Ronald Reyqan adına kitabxanada nitqlə çıxışını bitirdikdən sonra geri qayıdarkən Toyota markalı avtomobil baş nazirin kortejini müşayiət edən motosikletlə toqquşub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə