Afrində indiyədək 1141 terrorçu məhv edilib

Afrində indiyədək 1141 terrorçu məhv edilib

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində indiyədək 1141 terrorçu məhv edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Əməliyyatın 22-ci günündə terrorçu PKK qruplaşmasının Suriydakı qolları olan PYD və YPG-nin, o cümlədən İŞİD-in 79 terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə