ABŞ-da qrip epidemiyası 48 ştatı əhatə edib və nəticədə 63 uşaq dünyasını dəyişib. SİA-nın xəbərinə görə, bu barədə ölkənin Xəstəliklərin İdarə Edilməsi və Müalicəsi üzrə Federal Mərkəzin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, cari ilin yanvarın 28-dən, fevralın 3-nə qədər olan 5 həftə ərzində mərkəzə daha 10 uşağın öldüyü ilə bağlı xəbər daxil olub, ümumi ölənlərin sayı 63 nəfərə çatıb.
Mərkəzin məlumatına görə, bu müddət ərzində həkimə müraciət edən 13 nəfərdən birində qrip aşkarlanıb. Epidemiya bütün ştatları bürüyüb, hospitallaşdırmanın sayı ötən illərlə müqayisədə dəfələrlə artıb.
ABŞ həkimləri 6 aydan yuxarı uşaqlara peyvəndlərin vurulmasını ilə bağlı göstəriş verib. Ekspertlər ilk növbədə risk qrupuna daxil olan uşaq və yaşlıların vaksinasiyasının aparılmasını mühüm hesab edirlər.
Qeyd edək ki, 2014-2015-ci ilin payız-qış fəslində ABŞ-da qrip simptomu ilə 34 milyon insan həkimə müraciət etmiş və onlardan 710 min nəfəri xəstəxanaya yerləşdirilmişdi.
Sözügedən müddətdə 56 min nəfər xəstəxanada dünyasını dəyişmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB