Türkiyə ordusu terrorçuların mövqelərini bombalayır

Türkiyə ordusu terrorçuların mövqelərini bombalayır

Türkiyə Silahlı Qüvvələri Afrində yerləşən PYD/YPG, PKK və İŞİD terrorçularının mövqelərini bombalayır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyat həm havadan, həm də qurudan həyata keçirilir. Əməliyyatda türk qırıcıları və tankları iştirak edir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə