Liviyanın Binqazi şəhərində yerləşən məscidlərdən birində partlayış baş verib. Axar.az xəbər verir ki, partlayış nəticəsində 1 nəfər dünyasını dəyişib, 37 nəfər yaralanıb.
Hadisə yerində olan şahidlərin sözlərinə görə, partlayış telefon vasitəsilə uzaqdan idarə olunan partladıcı qurğu ilə törədilib. Qeyd edək ki, bir həftə əvvəl Binqazidə baş verən 2 partlayışda 35 nəfər dünyasını dəyişmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB