Tiflisdə iranlı killer yaxalanıb

Tiflisdə iranlı killer yaxalanıb

Tiflisdə iranlı killer hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilib. Axar.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi ələ keçirilən şəxsin 1964-cü il təvəllüdlü olduğunu bildirib.

Killerə qarşı əməliyyata həmçinin Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin Əkskəşfiyyat Departamenti də qoşulub. Onun 5500 dollar qarşılığında 1981-ci il təvəllüdlü İran vətəndaşını öldürməyi planlaşdırdığı qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə