Afrində daha bir türk əsgəri şəhid olub

Afrində daha bir türk əsgəri şəhid olub

Bu gün Suriyanın Afrin bölgəsində terrorçuların nəzarətindəki ərazilərdən türk hərbçilərinin atəşə tutulması nəticəsində daha bir əsgər şəhid olub.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.

Məlumatda bildirilir ki, əməliyyatın 21-ci günündə terror təşkilatlarına aid 19 hədəf məhv edilib.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə