Pxenyanda hərbi parad, Pxençanda Olimpiada

Pxenyanda hərbi parad, Pxençanda Olimpiada

Pxençanda Qış Olimpiya Oyunlarının açılışına bir gün qalmış KXDR-in paytaxtı Pxenyanda hərbi parad keçirilib. Xarici KİV-lər xəbər verir ki, bu barədə hələlik Cənubi Koreya hökuməti məlumat yayıb. Şimali Koreyanın rəsmi orqanları heç bir translyasiya aparmayıb, əvvəlki illərdən fərqli olaraq tədbirə xarici jurnalistlər dəvət edilməyib. Olimpiada ərəfəsində hərbi güc nümayiş etdirməsinə görə beynəlxalq tənqidlərə məruz qalan rəsmi Pxenyan bunun sırf daxili məsələ olduğunu bildirir.

Bundan əvvəl 40 il ərzində Pxenyanda hərbi parad aprelin 25-də - dövlətin banisi Kim İr Senin 1932-ci ildə ilk partizan dəstəsini yaratmasının ildönümündə keçirilirdi. Odur ki, analitiklər paradın qabağa çəkilərək Olimpiya Oyunları ərəfəsində təşkil olunmasını siyasi motivlərlə əlaqələndirirlər.

Xatırladaq ki, Pxençan-2018 Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə