Dünyanın ən böyük neft istehsalçılarından olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-dan kondensat idxal edib. “Bloomberg News” xəbər verir ki, Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) ən böyük dördüncü neft ixracatçısı olan Birləşmiş Ərəb Əmirliklərinin dekabr ayında ABŞ-dan kondensat idxal etdiyi bildirilir.
BƏƏ ABŞ neftinə daha keyfiyyətli olduğu üçün üstünlük verib. ABŞ-ın məlumatlarına görə, Birləşmiş Ştatlar dekabr ayında BƏƏ-yə 700 min barrel kondensat ixrac edib. Neftin Hyuston yola düşdüyü yanvarın 31-də Abu-Dabidəki “Ruwais” limanına çatdığı qeyd edilir. BƏƏ daha əvvəl Qətərdən kondensat alırdı. Ancaq bu ölkə ilə yaşanan siyasi böhrandan sonra keçən ilin iyun ayından etibarən Qətərdən idxal dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB