"Türkiyə və İran Suriyada beynəlxalq hüquq normalarını pozurlar." Axar.az xəbər verir ki, bu sözləri Fransanın Xarici İşlər naziri Jan-Yves Le Drian deyib. “Ankara savaşa savaş əlavə etməməlidir. Kim Suriyada olmamalıdırsa, geri çəkilməlidir. Buna iranlı milislər və Hizbullah da daxildir”, - nazir bildirib.
Qeyd edək ki, Fransa Prezidenti Makron bundan öncə verdiyi açıqlamada Türkiyənin narahatlığını və Afrin əməliyyatının hədəfini yaxşı anladıqlarını bildirmiş, buna baxmayaraq, bu əməliyyatın işğalla nəticələnməli olmamasına diqqət çəkmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB