Həmid Kərzai: "İrandan rəsmi yardım almışıq" - AÇIQLAMA

Həmid Kərzai: "İrandan rəsmi yardım almışıq" - AÇIQLAMA
Əfqanıstan İrandan yardım alıb. SİA-nın məlumatına görə, Əfqanıstanın prezidenti Həmid Kərzai məlumatı təstiqləyib. Dövlət başçısı xəbərin doğru olduğunu bidirsə də, bunun şəxsi yardım olduğu iddiasını yalanlayıb: "İrandan maddi yardım aldığımız doğrudur, lakin bu yardım İranın mənfəətlərinin gözlənilməsi və İrana bağlılığın qorunması üçün verilmiş rüşvət deyil. Bu haqda olan iddialar yanlışdır. İran hökuməti bizə ildə 500-700 min avro yardım ayırır. Bu tamamilə rəsmi yardımdır". Bir çox ölkənin Əfqanıstana yardım məqsədi ilə pul verdiyini deyən Karzai, ABŞ-ın da bu dövlətlərin sırasında olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə