Ukrayna qızılca xəstəliyinə görə ABŞ-dan kömək istəyir

Ukrayna qızılca xəstəliyinə görə ABŞ-dan kömək istəyir

Ukraynada böyüklər üçün qızılcaya qarşı vaksin çatışmazlığı yaranıb. Bu barədə jurnalistlərə Ukraynanın səhiyyə naziri əvəzi Ulyana Suprun məlumat verib. Onun sözlərinə görə, Ukrayna hökuməti qızılcaya qarşı vaksinlərlə bağlı humanitar yardımın edilməsi üçün ABŞ administrasiyası ilə danışıqlara başlayıb.

“Ukraynada böyüklər arasında da qızılca xəstəliyi artıb. İstəyirik ki, ölkəyə əlavə vaksinlər gətirərək, ilk növbədə riskli qruplara aid olan həkim, müəllim, tibb bacıları, hərbçiləri vaksinasiya edək”, - deyə U.Suprun bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə