Keyptaun sakinləri ailələrini içməli su ilə təmin etmək üçün gecədən su mənbələri yanında növbə tutmağa məcbur olurlar. Euronews telekanalı xəbər verir ki, Cənubi Afrika Respublikasının ikinci böyük şəhəri olan Keyptaun hazırda şiddətli quraqlıq səbəbindən su təchizatında ciddi problemlə üzləşib. Çox böyük ehtimalla may ayında şəhərin su kəmərləri tam susuz qala bilər. Buna görə də hakimiyyət orqanları əhalini suya mümkün qədər qənaət etməyə və ehtiyat toplamağa çağırırlar.
Quraqlıqdan əlavə, su istehlakına şəhərdə əhalinin sayının artması da təsir göstərir. Belə ki, Keyptauna bütün ölkədən əmək miqrantları gəlir.
Şəhərdə adambaşına sutkada 25 litr su norması qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB