İstanbulun Bəyoğlu rayonunda yerləşən Hüseynağa məhəlləsi Böyük Bayram küçəsində 6 mərtəbəli otelin 4-cü mərtəbəsində səbəbi bilinməyən yanğın oluib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yanğın zamanı oteldə olan insanların bir qismi təxliyə edilib, lakin yanğının qəfildən yuxarı mərtəbələrə sıçraması nəticəsində 6 nəfər yaralanıb.
Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər, polis və təcili yardım cəlb edilib. Xilasedicilər otelin yuxarı mərtəbəsində qalanları nərdivanlar vasitəsilə təxliyə ediblər.. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər. Bəzi yaralıların vəziyyətinin ağır olduğu deyilir.
Polis əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar. Yanqğının qarşısı tez bir zamanda alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB