Erməni Dirçəliş Partiyası parçalanıb

Erməni Dirçəliş Partiyası parçalanıb

Erməni Dirçəliş Partiyası parçalanıb. “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu fevralın 6-da Erməni Dirçəliş Partiyasının Mətbuat xidməti bildirib.

Bu partiya 8 siyasi təşkilatdan formalaşıb. Fevralın 6-da onlardan beşi - Ermənilərin Birliyi, Bizim Ev-Ermənistan, Erməni Vətəni, Liberal Demokratik və Xalq Dəyərlərini Mühafizə partiyaları təsis etdikləri Erməni Dirçəliş Partiyasından ayırıldıqlarını bəyan ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə