ABŞ-ın dövlət katibi Türkiyəyə səfər edəcək

ABŞ-ın dövlət katibi Türkiyəyə səfər edəcək

ABŞ-ın dövlət katibi Reks Tillerson və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Gerbert Makmaster yaxın günlərdə Türkiyəyə rəsmi səfər edəcəklər. Anadolu agentliyinin diplomatik mənbələrə istinadla yaydığı məlumata görə, Tillersonun Ankaraya böyük ehtimalla növbəti həftənin ortalarında, Makmasterin isə həftəsonu gələcəyi gözlənilir. İki ölkənin rəsmiləri hazırda onların səfəri üzərində çalışırlar.

Səfərlərin gedişində müxtəlif məsələlərin, o cümlədən Suriyada son hadisələrin müzakirə olunacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə