"Mən ABŞ-da peşəkar işimi yerinə yetirdim"

"Mən ABŞ-da peşəkar işimi yerinə yetirdim"

Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin yanvarın sonunda ABŞ-a hansı məqsədlə səfər etdiyini açıqlayıb. Axar.az xəbər verir ki, Narışkin ABŞ-da öz vəzifəsini yerinə yetirməyə getdiyini bildirib:

"Mən Amerika Birləşmiş Ştatlarında Rusiya kəşfiyyatının rəhbəri olaraq peşəkar işimi yerinə yetirdim".

Qeyd edək ki, ötən həftə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri ilə yanaşı, FSB-nin direktoru Aleksandr Bortnikov və Baş Kəşfiyyat İdarəsinin rəhbəri İqor Korobov Vaşinqtona səfər edib. Bortnikovla Narışkin Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə