Yanan binada 10 nəfər xilas edilib

Yanan binada 10 nəfər xilas edilib

Moskvada 6 mərtəbəli binada baş verən yanğın nəticəsində 10 nəfər xilas edilib. SİA bu barədə Rusiya mətbuatına istinadən xəbər verir. Məlumata görə, yanğın binanın 6-cı mərtəbəsində 46 saylı mənzildə baş verib. Yanğın 40 kvadrat metrlik ərazini əhatə edib. Yanğın lokallaşdırılıb.

Yanğın baş verən mənzildən bir nəfər, digər mənzillərdən isə 9 nəfər xilas edilib.

Məlumatda yaralıların olduğu bildirilir. lakin onlar haqqındfa ətraflı məlumat açıqlanmır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə