İranda zəlzələ olub

İranda 4,1 bal gücündə zəlzələ baş verib. Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kerman şəhərindən 51 kilometr şimal-şərqdə, ocağı isə 9 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə