Dağıstan rəhbərinin vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti istefaya göndərib. Bu barədə TASS agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, hökumət sədri səlahiyyətlərinin müvəqqəti icrası Anatoli Şamsutdinoviç Qəribova həvalə olunub. Hökumət yeni tərkib formalaşanadək fəaliyyətini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB