ABŞ-ın silah bazarında canlanma - Hindistana 11 milyard dollarlıq silah satılacaq

ABŞ-ın silah bazarında canlanma - Hindistana 11 milyard dollarlıq silah satılacaq

ABŞ silah bazarında yeni müştəri tapıb. SİA-nın məlumatına görə, Hindistan ABŞ-dan 11 milyard dollarlıq silah alacaq. Səudiyyə Ərəbistanına 65 milyard dolar dəyərində silah satışından sonra böhran keçirən ABŞ-ın silah sənayesinə yeni müştərinin Hindistan olduğu bildirilib.

Mövzu ilə əlaqədar məlumat verən ABŞ səlahiyyətlisi Barak Obamanın noyabr ayında Hindistana səfər edəcəyini deyib. Hindistanın ABŞ-dan silah alacağı xəbərinin doğru olduğunu vurğulayan səlahiyyətli qeyd edib ki, Hindistanın silah sənayesinə 11 milyard dolar sərmaye qoymasının səbəbi təhlükəsizliyini artırmaq, sərhədlərini qorumaq və hərbi bazasını yeniləməkdir.

Hindistan tərəfi də məlumatın doğru olduğunu bildirib: "Ölkəmizin ABŞ-dan silah almağı planlaşdırdığı doğrudur. Pakistan və Çinə qarşı müdafiə sisteminin gücləndirilməsi üçün 126 ədəd reaktiv təyyarə alacaq qarşılığında isə 11 milyard dolar ödəyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə