Türkiyəyə 94 raket atılıb

“Türkiyənin Suriya ilə sərhəddəki şəhərlərinin raket atəşlərinə tutulması nəticəsində 7 dinc sakin həlak olub. "Zeytun budağı" əməliyyatını keçirdiyi Afrinlə sərhəddəki Hatay və Kilis vilayətlərinin şəhərlərinin raket atəşinə tutulması nəticəsində 113 nəfər yaralanıb”. SİA-nın Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə baş naziri Bineli Yıldırım açıqlama verib.

Baş nazir qeyd edib ki, Hatay vilayətinə 60 raket atılıb: “Kilisə isə 34 raket düşüb. Nəticədə 7 dinc sakin həlak olub, daha 113 nəfər yaralanıb".

Qeyd edək ki, Türkiyə ordusu Afrində terrorçu PKK-nın Suriya qolu YPG və PYD-ə qarşı "Zeytun budağı" əməliyyatı keçirir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə