Afrində 2 türk əsgəri şəhid olub

Afrində 2 türk əsgəri şəhid olub

Türkiyə Silahlı Qüvvələri Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatı haqda açıqlama yayıb. Axar.az xəbər verir ki, açıqlamada PKK/KCK/PYD-YPG və İŞİD terrorçularına qarşı əməliyyat zamanı 2 əsgərin şəhid olduğu, 5 əsgərin yaralandığı bildirilib. Qeyd edək ki, srağagün Türkiyə tankına hücum nəticəsində qardaş ölkənin 7 əsgəri həlak olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə