Pakistandakı hərbi hissəyə hücuma görə məsuliyyəti “Taliban” üzərinə götürüb
Pakistanın Xayber-Paxtunxva əyalətinin Svat dairəsində hərbi hissəyə edilən hücuma görə məsuliyyəti “Təhrik-e Taliban Pakistan” qruplaşması öz üzərinə götürüb. AZƏRTAC xəbər verir ki, dünən axşam hərbi hissənin idman meydançasında terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 11 hərbiçi həlak olmuş, 13-ü yaralanmışdı. Yaralananların əksəriyyətinin vəziyyəti ağırdır.
Pakistanın Baş naziri Şahid Xakan Abbasi terror aktını pisləyib, günahkarların tapılacağını bildirib, yaralananların tezliklə sağalmalarını arzulayıb. Qanlı hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB