Böyük Britaniyanın Stiveneyc şəhərində qocalar evində yanğın baş verib. Bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər, onlardan birinin vəziyyəti ağırdır.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Yanğının səbəbləri hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB