İstanbulda keçirilən antiterror əməliyyatında 82 nəfər saxlanılıb

İstanbulda keçirilən antiterror əməliyyatında 82 nəfər saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərində İŞID terrorçu qruplaşmasına qarşı genişmiqyaslı antiterror əməliyyatı keçirib.

AZƏRTAC xəbər verir ki, şəhərin 10 rayonunda eyni vaxtda keçirilmiş əməliyyatda 77-si xarici olmaqla 82 nəfər şübhəli qismində saxlanılıb. Rəsmi mənbələrin məlumatına görə, zərərsizləşdirilmiş mütəşəkkil dəstənin terror aktı hazırlaması barədə sübutlar var.

Bütün xəbərlər Facebook səhifəmizdə