Misirdə ağır yol qəzası: 11 nəfər ölüb

Misirdə ağır yol qəzası: 11 nəfər ölüb

Bu gün Misirdə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər ölüb, daha 29 nəfər yaralanıb. Bu barədə Misir Səhiyyə Nazirliyi məlumat yayıb. Hadisə Qahirənin cənubundakı avtomobil trasında baş verib. Əl-Minya vilayətində dörd nəqliyyat vasitəsi, o cümlədən sərnişin mikroavtobusu toqquşub.

Misirdə yol infrastrukturunun pis vəziyyətdə olması tez-tez ağır qəzalara gətirib çıxarır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, yol-nəqliyyat hadisələri nəticəsində ölkədə hər il 12 min nəfərə yaxın insan həyatını itirir.

Bütün xəbərlər Facebook səhifəmizdə