Ermənilərin Azərbaycana qarşı törətdikləri Albaniyada müzakirə olunub
Avropa Birliyinin "Gənclər fəaliyyətdə" proqramı çərçivəsində Albaniyanın Ana Dervishi və İra Topalli təşkilatlarının təşkilatçılığı ilə Albaniyanın Vlora şəhərində "Soyqırımla bağlı yeni təhsil metodlarının öyrənilməsi" adlı layihə həyata keçirilib. Layihədə Gənclər və İdman Nazirliyinin dəstəyilə Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İlahə Hacıyeva iştirak edib. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Layihə çərçivəsində müxtəlif təlim kursları, müzakirələr, təqdimatlar və dəyirmi masalar təşkil edilib. Təlim zamanı daha çox Dünya Birliyi tərəfindən tanınan Ruanda və Yəhudilərin soyqırımı (Holokost) barədə müzakirələr aparılıb. Hər bir iştirakçı öz ölkəsində olan vəziyyətdən, müharibələrdən, soyqırım qurbanlarından və travmalı uşaqlar haqqında məlumat veriblər.
Azərbaycanı təmsil edən İ.Hacıyeva isə ermənilərin 1918-ci ildə Azərbaycana qarşı törətdikləri soyqırım, 1988-1993-cü illər hadisələri, bir milyondan çox qaçqın və məcburi köçkün və onların indiki vəziyyəti barədə iştirakçılara məlumat verib. Bundan başqa tədbirdə Azərbaycana qarşı törədilən Xocalı soyqırımı xüsusi təqdim olunub, soyqırım haqqında kitablar, video film nümayiş etdirilib.
Layihənin nəticəsi olaraq soyqırım mövzusunun hər bir ölkədə işıqlandırılması və bu barədə yeni layihələrin hazırlanması, soyqırım qurbanlarına, travmalı uşaqlara layihələr çərçivəsində yardımların olunması, müharibə şəraitində yaşayan xalqların ortaq nöqtə tapması üçün layihələrdə iştirak etmə məsələlərinin müzakirə olunması qərara alınıb.
Layihədə Azərbaycanla yanaşı Albaniya, Türkiyə, İsrail, Sloveniya, Serbiya və Ermənistandan olan gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB