BMT məruzəçisindən İsraili qane etməyən hesabat

BMT məruzəçisindən İsraili qane etməyən hesabat

Birləşmiş Millətlər Təşkilatının (BMT) insan haqları üzrə xüsusi məruzəçisi Riçard Falk Fələstin ilə bağlı hesabat hazırlayıb. O, yeni yaşayış məskənlərinin tikintisinin İsrailin Fələstindəki işğalını geri qaytarması mümkün olmayan bir nöqtəyə aparacağını söyləyib. SİA-nın "BBC"-yə istinadən verdiyi məlumata görə, Falk müstəqil və suveren bir Fələstin dövləti yaratmağı qarşısına məqsəd qoyan danışıqlar prosesinin bu gedişatla nəticə verməyəcəyini bildirib. Məruzəçi hesab edib ki, BMT, ABŞ və İsrail fələstinlilərin hüquqlarının qorunması üçün kifayət qədər səy göstərmir.

 

İsrailli səlahiyyətlilər isə Falkın Fələstin hesabatının birtərəfli və müəyyən siyasi məqsədlərə xidmət etdiyini söyləyib. Qeyd edək ki, İsrailin 1967-ci ildə həyata keçirdiyi işğaldan bu yana Qərbi Şeria və Şərqi Qüdsdə tikdiyi 100-dən çox yaşayış məskənində təxminən yarım milyon yəhudi yaşayır. Eyni ərazidə yaşayan fələstinlilərin sayı isə 2,5 milyon nəfərdir. Bu yaşayış məskənləri beynəlxalq hüquqa görə qeyri-qanuni hesab edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə