"ABŞ-ın hazırladığı "Kreml hesabatı"ndakı rusiyalı siyasətçilərin adları son anda dəyişdirilib." Axar.az xəbər verir ki, bu sözləri mərkəzi Vaşinqton olan Atlantika Şurasının mütəxəssisi Anders Aslund bildirib.
"Bu hesabata "Kreml hesabatı" adı verildi və 29 yanvar gecəsi dərc olunması planlaşdırılırdı. Ancaq son dəqiqədə kimliyi bəlli olmayan bir nəfər mütəxəssislər tərəfindən hazırlanan işi heçə sayaraq siyahıya Rusiya prezident administrasiyasından və hökumətindən yüksək səviyyəli rəsmiləri və "Forbes" siyahısında yer alan 96 rusiyalı milyarderin adlarını yazdi", - Aslund söyləyib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi 114 rusiyalı siyasətçi və 96 iş adamının adının daxil olduğu "Kreml hesabatı" adlı siyahı dərc etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB