ABŞ Konqresmenlərinin olduğu qatar qəzaya düşüb

ABŞ Konqresmenlərinin olduğu qatar qəzaya düşüb

İçərisində ABŞ-da Konqres üzvləri olan qatar qəzaya düşüb. TASS agentliyinin məlumatında deyilir ki, hadisə Virciniya ştatının ərazisində, Şarlotsvill şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata əsasən, “Amtrak” şirkətinə məxsus qatar yük maşını ilə toqquşub. Qəza zamanı Konqres üzvləri arasında xəsarət alan olmayıb. Yüngül xəsarət alan yük maşınının sürücüsünə tibbi yardım göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə