Rusiyanın sərnişin təyyarəsi ABŞ-da təcili eniş edib

Rusiyanın sərnişin təyyarəsi ABŞ-da təcili eniş edib

Rusiyanın “Azur Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ABŞ-da təcili eniş edib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insidentə təyyarənin mühərrikində yaranan problem səbəb olub.

Göyərtəsində 294 sərnişin və 14 ekipaj üzvü olan və Kubaya uçan təyyarə Atlantik-Siti hava limanına eniş edib. İlkin məlumata əsasən, hadisə nəticəsində zərərçəkən olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə