Böyük Britaniyanın Baş naziri Tereza Mey Çin Dövlət Şurasının sədri (Baş nazir) Li Keçyanın dəvəti ilə yanvarın 31-də Çinə rəsmi səfərə gəlib. SİA-nın xarici agentliklərə istinadən verdiyi məlumata görə, Tereza Mey üç günlük səfərinə Çinin Xubey vilayətindən başlayıb. Baş naziri dövlət rəsmiləri və iş adamlarından ibarət geniş nümayəndə heyəti müşayiət edir.
Səfər çərçivəsində iki ölkə Baş nazirlərinin illik görüşü keçiriləcək, habelə Çinin rəhbər şəxsləri ilə ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, bu, Tereza Meyin Böyük Britaniyanın Baş naziri vəzifəsində Çinə ikinci səfəridir. O, “Böyük iyirmiliyin” 2016-cı ildə Xancou şəhərində keçirilən sammitində iştirak etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB