Cənubi Yəmən Müvəqqəti Şurasının tabeliyində olan separatçı silahlı qüvvələr Ədən şəhərinin bütün ərazisində hakimiyyəti ələ keçirib. RİA xəbər verir ki, bu barədə Yəmənin yüksək çinli məmuru məlumat yayıb.
Belə ki, separatçıların hökumətə verdiyi ultimatumun vaxtının bitməsindən sonra separatçılarla hökumət qüvvələri arasında qarşıdurma yaşanıb. “Hazırda müvəqqəti şura Əl-Maaşik sarayı istisna olmaqla, bütün Ədənə nəzarət edir”, - deyə adı çəkilməyən məmur bildirib.
Qeyd edək ki, separatçıların verdiyi ultimatumda hökumətin bazar ertəsinə qədər istefa etməsi istənilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB