Fransa Senatı təqaüd yaşının 60-dan 62-yə çıxarılmasını nəzərdə tutan qanun layihəsini təsdiq edib. SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, prezident Nikola Sarkozinin layihəsi 153 əleyhinə, 177 lehinə olmaqla rəsmiləşib.
Hökumət qanun qəbul edildikdən sonra tətillərə son qoyulmasına dair çağırış edib. Ancaq bəzi həmkarlar ittifaqları mübarizəni davam etdirəcəklərini açıqlayıblar.
Qanun konstitusiya komissiyası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB