Xristofyas BMT-nin təklifini rədd edib

Xristofyas BMT-nin təklifini rədd edib

BMT-nin baş katibi Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Dərviş Əroğlunu və rum kəsiminin lideri Dmitris Xristofyası Nyu-Yorka dəvət edib. SİA-nın məlumatına görə, Xristofyas Pan Gİ Munun dəvətinə rədd cavabı verib.

Rum hökumətinin sözçüsü Stefanos Stefanu Xristofyasın görüşə qatılmamasının səbəbini Pan Gi Muna çatdırdığını deyib: "BMT-nin baş katibi Xristofyas ilə telefon danışığında önümüzdəki 15 gündə Nyu-Yorkda üçtərəfli görüşün həyata keçirilməsini təklif etmişdi. Xristofyasın görüşdə iştirak etməsi mümkün olmadı, çünki yaxın günlərdə Brükselə gedən lider qayıtdıqdan sonra da Suriya prezidenti Bəşər Əsədin səfərinə ev sahibliyi edəcək. Baş katib isə vəziyyəti anlayışla qarşılayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə