Afrində 616 terrorçu məhv edilib

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində bu vaxtadək ümumilikdə 616 terrorçu məhv edilib.

SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilir.

Məlumata görə, dünən PYD, YPG və İŞİD terror təşkilatlarına məxsus 44 hədəf məhv edilib. Əməliyyatın davam etdiyi bildirilir.

Qeyd edək ki, Türkiyə ordusu yanvarın 20-də Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatına başlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə