Rusiyanın Xabarovsk şəhərində yerləşən 3 saylı gimnaziyada zəhərlənənlərin sayı 113 nəfərə çatıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, həkimə müracit edənlərin hər birində bağırsaq infeksiyası aşkarlanıb.
Qeyd edək ki, bundan öncə 106 nəfərin zəhərləndiyi onlardan 7-sinin böyük qalanlarının isə uşaq olduğu deyilirdir. 4 uşaq xəstəxanaya yerləşdirilib. Xəstəliyin inkişaf etməsinə səbəb salatların hazırlanma və saxlanma qaydalarının pozulması olub. hazırda gimnaziyanın fəaliyyəti dayandırılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.
Bu hadisədən sonra Xabarovsk şəhərində məktəblərin sanitar vəziyyəti araşdırılmağa başlanılıb.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB