Hindistanda sərnişin avtobusu çaya düşüb

Hindistanda sərnişin avtobusu çaya düşüb

Hindistanın şimal-şərq bölgəsində sərnişin avtobusu çaya düşüb. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində ikisi uşaq olmaqla 36 nəfər ölüb.

Karimpur-Malda marşrutu üzrə hərəkət edən avtobusda 56 nəfər olub. İlkin ehtimala görə, qəzaya səbəb qeyri-sabit hava şəraiti olub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə