“Əl-Cəzirə” telekanalı: “ABŞ iraqlılara edilən işgəncəyə göz yumub”

“Əl-Cəzirə” telekanalı: “ABŞ iraqlılara edilən işgəncəyə göz yumub”

"Əl-Cəzirə" telekanalı "WikiLeaks" saytının İraq müharibəsi ilə bağlı sənədlərini açıqlayıb. SİA-nın məlumatına görə, sənədlərdə ABŞ-ın İraq təhlükəsizlik güvvələrinin iraqlı məhbuslara etdiyi işgəncələrə göz yumması, müharibə müddətində ABŞ ordusunun yüzlərlə dinc insanı öldürməsi əksini tapıb.

 

2004-cü il 1 Yanvar-2009-cu il 31 dekabr arasındakı dövrü əhatə edən sənədlərdə göstərilir ki, iraqlı əsgər və polislərin məhbuslara etdiyi işgəncədən ABŞ-ın xəbəri olsa da əsgərlərinə müdaxilə etməmək barədə əmr verib. Öldürülən dinc insanların rəsmi sənədlərdə göstəriləndən daha çox olduğu qeyd olunan sənədlərdə İraqın baş naziri Nuru Əl-Malikiinin cinayətkar qruplarla əlaqəsi ilə bağlı səslənən iddiaların ABŞ ordusunun hesabatlarında da yer aldığı ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə