"İsrail və Fələstin arasındakı birbaşa danışıqların sonu görünmür. Müsbət olan yeganə hal isə heç bir tərəfin prosesi dayandırmaq istəməməsidir. Buna görə də hər iki iki tərəfın və vasitəçilərin diqqət etməsi lazım olan məqamlar var". SİA-nın məlumatına görə, bu sözləri ABŞ-ın "Nyu-York Tayms" qəzeti yazıb.
Qəzet hesab edir ki, ABŞ-ın xarici siyasətindəki fiaskolar arasında Ağ Evin son həftələrdə Yaxın Şərqlə bağlı davranışları xüsusi yer tutur: "Heç bir ABŞ prezidenti yolun ortasında qalan büyük bir avtomobilə oxşayan problemə görə, həftələr sonra uğursuz nəticələnək İsrail-Fələstin danışıqlarına var gücünü qoymamalıdır. Yolun ortasında qalan bu böyük avtomobil isə İsrailin Qərbi Şeriadaki inşaat işlərini davam etdirməsi qərarıdır. Ancaq ABŞ prezidenti Barack Obama İsrail baş naziri Benyamin Netanyahunun inşaat işlərinə tədbiq olunan 10 aylık moratoryumu uzatma tələbini heçə saymasına icazə vererək bunu etdi. Müsbət olan yeganə hal isə heç bir tərəfin prosesi dayandırmaq istəməməsidir. Ərəb ölkələri ABŞ-a noyabr ayının əvvəlinə kimi mübadilə təklif etdi, fələstinlilər danışıqları dayandırmaq əvəzinə təxirə salmağı seçdi, İsrail isə taktiki gedişlərə üstünlük verir".
"Nyu-York Tayms"a görə danışıqlar davam etsə, 10 məsələ əhəmiyyət kəşb edəcək. Bu məsələlər aşağıdakılardır:
Siyasi şərtlər
1.ABŞ İsraili yenidən danışıqlar masasına gətirmək üçün fələstinlilərin irəli sürdüyü şərtləri pozaraq Fələstinin qırmızı xəttini keçməməlidir. ABŞ-ın strateji İordaniya vadisində İsrail təhlükəsizlik qüvvələrinin olmasına dəstək verməsi qırmızı xəttin pozulmasına səbəb ola bilər.
2.Əgər fələstinlilər təktərəfli olaraq kartlarını oynamağa çalışsa, uzun müddətli strateji səhvlərinə daha biri əlavə edə bilər. Fələstin dövlətinin müstəqilliyinin tanınması məqsədilə Birləşmiş Millətlər Təşkilatı kimi qurumlarla danışıqları ləğv etmək fələstinliləri çıxışı olmayan bir vadiyə aparar. Bir Fələstin dövlətinin yaradılması ilə qapılar açmaz, su gətirməz, limanlar tikilməz, təhlükəsizlik təmin olunmaz, İsrail əsgərləri geri çəkilməz və sair. Bu heç bir nəyi həll etməyən "həll" olar.
3.Netanyahunun Fələstindən İsrailin bir "yəhudi dövləti" olaraq tanınmasını tələb etmək uğurlu ola bilməz. Əslində "yəhudi dövləti" hücumu fələstinli mühacirlər məsələsini arxa plana keçirir. Fələstin müxtariyyətinin başçısı Mahmud Abbas isə mühacirləri əhatə edən bütün "tarixi tələbləri"ın razılaşdırılması ilə problemin həll ediləcəyini ifadə edib.
4.İsraildə bu sözləri tez-tez işlədirlər: "Qəzzəda inşaat işlərini dayandırdıq, əvəzində aldığımız "Həmas" raketləri oldu". İsrail Qərbi Şeriadan çəkiləcəyi halda yeni halın təkrarlanacağını düşünür. Fələstin bu problemi həll etməlidir. Bu sülh üçün əsas ola bilər.
Tamamlayıcı siyasi mövzular
5.İsrail Fələstin təhlükəsizlik qüvvələrinin fəaliyyət göstərə biləcəyi ərazini genişləndirməli, hərəkət qabiliyyətini artırmalı və investisiyaların yatırılmasını asanlaşdırmalıdır.
6.Avtoritar ərəb dövlətləri İsrail-Fələstin qarşıdurmasında İranı dəstək kimi görməkdən imtina etdi. Ərəb dövlətləri ilk hücumu etməyəcək, amma İsrailin 1967-ci ildəki sərhədlərini qəbul etməsini nəzərdə tutan bir sülhü dəstəkləyəcəklər.
7.Qərbi Şeriada Fələstinin göstərdiyi bütün səylər bir il ərzində dövlətin yaradılmasına yönəlib. Eyni bir məqsəd Barak Obama tərəfindən qəbul edilib və böyük beynəlxalq güclər tərəfindən dəstəklənilib. Əgər Fələstin dövlətinin qurulmasında müşahidə olunan inkişaf qürurluluq kimi qəbul olunsa, ortaya çıxan qəzəb öz-özünü yox edən gərginliyə çevrilə bilər.
8.Əgər gələn ilin ikinci yarısında Fələstin dövlətinin qurulması ehtimalı stansiyanı tərk etməkdə olan bir qatara çevrilə bilsə, Qəzzadakı fələstinlilər bu qatarda olacaq.
9.Şərq Qüdsü paytaxt kimi qəbul etməyən Fələstin dövləti ola bilməz. "Şərq Qüds" taleyinin hansı formada həll edilməsi müzakirə olunmalı məsələdir.
10.İsrail və Fələstin arasındakı birbaşa danışıqlar son sülh fürsətidir. Həll çox böyük cəsarət və hər iki tərəfin də risk almasını tələb edir. Bir sözlə, danışıqların müvəffəqiyyətsiz olacağı dəqiqdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB