Hərbi akademiyaya hücum edilib 2 ölü, 1 yaralı

Hərbi akademiyaya hücum edilib 2 ölü, 1 yaralı

Kabuldə hərbi akademiyaya edilən hücum nəticəsində Əfqanıstanın iki hərbi qulluqçusu həlak olub, 10 nəfər isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bundan öncə, bir qrup terrorçunun Marşal Fahim adına Milli müdafiə Universitetinə hücumç edildiyi bildirilmişdi. Məlumata görə, təhlükəsizlik qüvvələri ali məktəbə gedən yolu bağlasalar da, universitetin həyətində partlayış və silah səslərinin eşidilməsi qaçılmaz olub.

Deyilənlərə görə, 5 nəfərdən ibarət olan silahlı qruplaşmanın üç üzvünü zərəsizləşdirmək, birini isə tutmaq mümkün olub. Hazırda qrupun 5-ci üzvü tutulmamaq üçün müqavimət göstərir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə