PKK-nın kəşfiyyat mərkəzi ələ keçib

PKK-nın kəşfiyyat mərkəzi ələ keçib

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Burseya dağının cənubundakı Kastel Cündo kəndini ələ keçirib. Kastel Cündo kəndini terrorçulardan təmizləyən türk ordusu burada PKK/PYD-yə məxsus kəşfiyyat mərkəzinin binasını ələ keçirib.

Mərkəzdə tapılan sənədlərdə terror təşkilatının yüksək rütbəli üzvlərinin fotoları da aşkarlanıb. Məlumata görə, minlərlə ərəb, türkman gənc bu binada işgəncələrə məruz qaldıqdan sonra Əsəd rejiminə hərbçi kimi xidmət etməyə göndərilirmiş.

Bütün xəbərlər Facebook səhifəmizdə